Ukraynanın Moskva regionuna dron hücumları nəticəsində 5000-dən çox insan işıqsız qalıb.
"Forbes.ru” xəbər verir ki, ötən gecə Rusiya səmasında Ukraynaya məxsus 791 dron zərərsizləşdirilib və onlardan 620-si Moskva istiqamətində hərəkət edib.
Hücumlarda 3 nəfər xəsarət alıb, ölüm halının baş vermədiyi bildirilib.
Hücumlar Moskva yaxınlığında "Likino-Dulevo” və "Orexovo-Zuevo” elektrik şəbəkələrində enerjinin kəsilməsinə, beləliklə, 5000-dən çox insanın və 46 sosial qurumun işıqsız qalmasına səbəb olub.
"Wilberries” şirkətinə məxsus anbara ziyan dəyib.
TASS bu gecəki hücumları son iki ildə Moskva regionuna qarşı ən böyük hücum adlandırıb.








