RU
MTRŞ-dən Mikayılın verilişlərinə xəbərdarlıq edildi
00:17
770

MTRŞ-dən Mikayılın verilişlərinə xəbərdarlıq edildi

“Efir mədəniyyətinə ziddir”.

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

MTRŞ-dən daxil olan məlumata görə, iclasda "Space" televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb.

Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib.

"Space" televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ