Özbəkistanlı müğənni Nərgiz Zakirova 2072-ci ilə qədər Rusiyaya buraxılmayacaq.
Nərgiz Zakirovaya 50 il müddətinə Rusiya ərazisinə giriş yasaqlanıb.
Müğənninin vəkili Bəhrom İsmayılov bildirib ki, Nərgiz Zakirova son bir neçə günü evdə, Özbəkistanda keçirib. Moskvaya qayıtmağı planlaşdıran Zakirova Domodedovo hava limanından geri göndərilib. "Məndə Zakirovanın 50 il Rusiyaya girişin qadağan olunması haqqında qərar var. Bu, xüsusi əməliyyatı pisləyən ictimai xadimlərin aldığı standart qadağadır. Bu məhdudiyyət Nərgiz Zakirovaya da qoyulub”, - deyə vəkil söyləyib.
O, müğənninin hadisələrin bu cür dönüşünə hazır olduğunu qeyd edib./apa
7NEWS.Az








