"Müğənnidən yox, deputatlardan kömək istəmək lazımdır" - "Pişik" Güneldən SƏRT REAKSİYA - VIDEO
"Pişik" Günel adı ilə məşhurlaşan müğənni Günel Ələkbərova bir sıra açıqlamaları ilə diqqət çəkib.
7News.Az xəbər verir ki, instaqram hesabında canlı yayım açan Günel imkansız ailələrə edilən yardımlardan danışıb:
"Yaxşılıq edəndə, hansısa kasıbın qarnın doyuranda bunu gözəl etmək lazımdır. Kimsə çəkib göstərirsə, yaxşı edir. Müğənnilərə çağırış edirlər ki, kömək etsinlər. Axı niyə müğənnilərə səslənirlər. Deputatlardan istəsinlər yardımı, müğənnidən yox. Bu sözlərim bəzi deputatlara aiddir. Xalq sizi seçibsə, xalqın yanında olmalısınız. İndiki vəziyyətdə prezidentə dəstək olmalısınız. Seçilməmişdən rayon-rayon gəzib millətə söz verirdiniz. Özünüzü göstərirdiniz, nənələrin əlindən öpürdünüz. Haradasınız indi? Gəlin xalqa dəstək olun. Hamısını atırsınız müğənnilərin üstünə. Müğənninin biri mən. Bir otaqlı, 51 kvm-lik evdə qalıram. Hətta ipotekadır evim. Hər ay 550 manat pul verirəm kreditə. Mənim də övladım var, kasıb qohumum var. Amma yenə də əlimdən gələni edirəm".