RU
22:30
820

"Münasibətlərdə önəmli olan seks deyil" - Samir Bağırov

Müğənni Samir Bağırov yaşadığı sevgi depressiyasından danışıb.

Sənətçi "V element” verilişində ayrılıqdan bəhs edib. O bildirib ki, məhz sevgilisindən ayrıldığı üçün sənətdən uzaqlaşıb:

"Evimi dəyişdim. Həmişə qaldığım evdə başqa insanla bağlı xatirələr var idi. Bütün depressiya, kənara çəkilmək sevgiyə görə idi. Onunla bağlı bütün suallara yeni mahnımda cavab verəcəm. 

Sevgiyə qarşı deyiləm. Sevgi bu həyatı idarə edir. İnsan münasibətlərində önəmli olan seks deyil. Əsas ruhun vəziyyətidir, qəlblərin bir-birinə yaxın olmasıdır. Mən qəlbdən gələn sevginin tərəfdarıyam”./axşam

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ