Xalq artisti Murad Dadaşov "Maqazin klubu”nda iddia edilən efirdən getməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
7News.Az xəbər verir ki, o, bu barədə "ATV maqazin 10larla” proqramında danışıb. Şoumen bildirib ki, bu haqda yalnız dostlarına deyib:
"Bu haqda, heç kimə, heç bir yerdə rəsmi olaraq bir söz də deməmişəm. Ancaq şəxsi söhbətlərdə söyləmişəm. Həmin söhbətlərdə iştirak edənlər isə sayt rəhbərləri olub.
Murad Dadaşov "Maşın” realiti şousunun 18-ci sürəti barədə də danışıb:
"Sonuncu şou çox enerjimi aldı. Ən maraqlı sürətlərdən hesab edirəm. Bu qədər təəccübləndiyim qədər, təəccüblənməmişdim. "Maşın şou”nun növbəti buraxılışına biz gərək vaxt ayıraq. Qoy həm tamaşaçı, həm də biz darıxaq. Bu dəfə yaz aylarında keçirilməsi olan şounu payız aylarına salacayıq. İşrakçılar qismində maraqlı bir heyət yığmaq istəyirəm. Ona görə ki, 18-ci sürət gəlir, yarışmaçıların sayı da 18-dir”.








