Azərbaycana girişi qadağan edilən Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
"Köklü Değişim Medya"nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım Türkiyənin İstanbul şəhərində polis tərəfindən saxlanılıb.
Bildirilib ki, Yıldırım sosial şəbəkələrdə etdiyi paylaşımlar əsas gətirilərək İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb. Hazırda onun vəkilinin iştirakı ilə prosesin izlənildiyi qeyd olunub.
Qeyd edək ki, Muhammed Emin Yıldırım Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən "arzuolunmaz şəxslər" siyahısına daxil edilən Türkiyənin 31 vətəndaşından biridir.








