RU
Müştəri dönərçini bıçaqlayıb öldürdü - Endirim etməyib deyə - VİDEO - FOTO
16:40
238

Müştəri dönərçini bıçaqlayıb öldürdü - Endirim etməyib deyə - VİDEO - FOTO

Dönərxana sahibinin bıçaqlanma anı kameraya düşüb.

7News.Az haberler-ə istinadla bildirir ki, dönərxanaya gələn müştərinin restoranın sahibi olan qadını bıçaqlaması məkana quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Olay Türkiyənin Tekirdağ vilayətində baş verib. 36 yaşlı Recep Ö. Tekirdağın Kapaklı qəsəbəsində yerləşən restorana gələrək endirim olunmasını xahiş edib.

Dönərxananın 39 yaşlı sahibi Kader B. adlı qadın onun xahişini rədd edib. Bu zaman müştəri qadını bıçaqlayaraq ağır yaralayıb.

Qadın dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, bu Türkiyədə ötən gün ərzində baş verən ikinci bıçaqlanma hadisəsidir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ