Myanma hərbi administrasiyası ölkədə fövqəladə vəziyyətin 2023-cü il fevralın 1-dək uzadıldığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Myanmada 2021-ci il çevrilişindən sonra hakimiyyətə gələn hərbi administrasiya ölkədə fövqəladə vəziyyətin daha 6 ay uzadıldığını açıqlayıb. Sədr müavini Myint Sve, paytaxt Neypidoda keçirilən Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasında ölkədə sabitliyi təmin etmək və seçkilərə hazırlaşmaq üçün daha çox vaxta ehtiyac olduğunu bildirib və fövqəladə vəziyyətin fevral ayına qədər daha altı ay uzadıldığını bildirib.
7NEWS.az








