RU
Natavan Aygün haqda: O, mənim üçün önəmsizdir
17:47
1588

Natavan Aygün haqda: O, mənim üçün önəmsizdir

“Biz heç vaxt yaxın olmamışıq”.

Müğənni Natavan Həbibi Alternativ TV-də (Region TV) yayımlanan “Şou məkan” verilişinə açıqlama verib.

7News.Az xəbər verir ki, ifaçı özü haqda gəzən söz-söhbətlərdən danışıb:

“Nə edirəmsə, düz edirəm. Mənim addımıma şübhə ilə baxanların özləri sonradan böyük səhvlər edirlər. Barəmdəki söz-söhbətlər mənə pis təsir edir. Səviyyəsi, tərbiyəsi, mənliyi olan insan belə hərəkət etməz”.

O, tanınmış rəfiqələri Oksana və İlhamə ilə aralarında yaranan soyuqluqdan da danışıb:

“Hamıya deyirəm ki, bir-birinizə hörmət etməyi bacarın. Bizdə nədən başladı? Bir-birimizə hörmətsizlikdən. Biz Toliklə barışdıq, o qədər adamın üzü döndü ki. Dedilər ki, niyə barışdınız? Mən indi bilirəm ki, barışmaq lazımdır. Çünki bizim söz-söhbətimiz şou-biznes qalmaqalı səviyyəsində deyildi, ciddi məsələ idi”.

Həbibi Aygün Kazımova ilə aralarında uzun müddətdir davam edən qalmaqal barəsində isə bunları deyib:

“Digərlərinin mənə isti-soyuğu yoxdur. Onun mənim həyatımda heç biri yeri olmadığı üçün, önəmsizdir. Biz heç vaxt yaxın olmamışıq. Bir-birimizdən nə qədər uzaq olsaq, sussaq, bir-birimizə dəyməsək, o qədər yaxşıdır”.

İfaçı yeni yaradıcılıq işləri barədə məlumat verib:

“Yeni mahnım 2014-cü ildə hazırlanıb, öz bəstəmdir. Öz mahnım olduğuna görə üzə çıxarmağa çəkinirdim. Özümdən başqa heç kimə mahnı yazmaram. Mahnı məsələsində çox qısqanc və paxılam”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ