RU
NATO Baş katibi Ukrayna və Gürcüstan XİN rəhbərləri ilə görüşəcək
23:20
3385

NATO Baş katibi Ukrayna və Gürcüstan XİN rəhbərləri ilə görüşəcək

NATO Baş katibi Yens Stoltenberq Ukrayna və Gürcüstanın xarici işlər nazirləri ilə görüşəcək.

Bu barədə Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Ukrayna və Gürcüstan XİN rəhbərləri ilə NATO xarici işlər nazirlərinin Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək iclası çərçivəsində görüşəcək.

Baş katib qeyd edib ki, bu görüş NATO-nun Ukrayna, Gürcüstan və bütün Qara dəniz regionuna dəstəyini vurğulaması üçün bir fürsət olacaq.

Y. Stoltenberq vurğulayıb ki, Qara dəniz NATO üçün strateji əhəmiyyətə malikdir və Gürcüstan və Ukrayna ilə yaxından əməkdaşlıq NATO üçün xüsusi önəm daşıyır./apa

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ