• Haqqımızda
  • Reklam
  • Əlaqə
  • AZ
  • RU
RU
  • AKTUAL
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • MƏDƏNİYYƏT
  • SİYASƏT
  • DÜNYA
  • SOSİAL
  • HADİSƏ
  • PEŞƏ ETİKASI
  • DİGƏR
    • MARAQLI
    • TƏHLİL
    • İdman
    • DİASPOR
    • ƏDƏBİYYAT
    • MÜSAHİBƏ
    • SIĞORTA
  • MARAQLI
  • TƏHLİL
  • İdman
  • DİASPOR
  • ƏDƏBİYYAT
  • MÜSAHİBƏ
  • SIĞORTA
NATO kontr-admiralı:
21 Oktyabr 2019, 14:41
21 Oktyabr
2019
14:41
227

NATO kontr-admiralı: "Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir" - VİDEO

7News.Az Müdafiə Nazirliyinə istinadən NATO Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə müsahibəni təqdim edir:

- Söhbətimizin əvvəlində "NATO Günləri"nin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün faydasının nədən ibarət olduğu haqda fikirlərinizi bildirməyinizi istərdik. "NATO Günləri"nin Azərbaycanda keçirilməsinin ölkəmizə faydaları nələrdir?

- İlk növbədə, mən və nümayəndə heyətim Azərbaycanda qarşılanmaqdan böyük məmnunluq duyduğumuzu bildirmək istərdim. Mən düşünürəm ki, Azərbaycanda "NATO günləri" böyük əhəmiyyət kəsb edir. Qeyd olunan tədbir zamanı biz bir neçə təşkilatları və hərbi müəssisələri ziyarət etdik. Mənimlə birlikdə səfərdə olan nümayəndə heyətinin tərkibində bir neçə ölkənin və NATO-nun qərargah zabitləri iştirak edirdi. Bu nümayəndə heyəti ilə birlikdə qarşılıqlı olaraq biz azərbaycanlı həmkarlarımızla təcrübə, məlumat və fikir mübadiləsi apardıq. Bu səbəbdən düşünürəm ki, bu tədbir bir neçə fəaliyyətlərin ardı kimi də davam etdirilə bilər. Bu il Azərbaycanda icra olunmuş 11-ci NATO günlərini əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl platforma hesab edirəm.

- Azərbaycan Respublikası Müdafiə Nazirliyi və müəssisələri tərəfindən tədbirə göstərilən marağı necə qiymətləndirirsiniz?

- Azərbaycan tərəfinin NATO günlərinə və eyni zamanda NATO ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərə göstərilən diqqəti çox yüksək qiymətləndirir və bundan böyük məmnunluq hissi keçirdiyimizi qeyd etmək istərdim. Məhz bu səbəbdən Azərbaycanın NATO ilə əməkdaşlıqda daha fəal və konstruktiv mövqe nümayiş etdirən tərəfdaş ölkələrdən oluğunu düşünürük. Tədbir zamanı ziyarət etdiyimiz müəssisələrdə hərbi qulluqçuların ünvanladığı suallar və auditoriyanın təqdimatlar zamanı diqqət və fəallıq nümayiş etdirməsinin bunun əyani sübutu olduğunu düşünürəm. Həqiqətən də bu tədbirə olan maraq bizləri həddindən artıq məmnun etdi.

- Sizin daha bir fikrinizi öyrənmək bizim üçün maraqlı olardı. Azərbacan-NATO əməkdaşlığı nə dərəcədə əhəmiyyətlidir?

- Əslində, vurğulamaq istərdim ki, bu il Azərbaycanın NATO ilə əməkdaşlığının 25 illiyi tamam olub. Bu məqam isə öz növbəsində uzun bir zamanı ehtiva edir. Müşahidələrim göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir. Biz Azərbaycanı NATO-nun müxtəlif əməliyyatlarında, Tərəfdaşlığın Qərargah Vəzifəsi Zabiti olaraq müxtəlif NATO qərargahlarına töhfə verməsində, eləcə də Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində fəal tərəfdaş ölkə olaraq görməkdəyik. Bu səbəbdən Azərbaycan NATO üçün önəmli və eyni zamanda əhəmiyyətli tərəfdaşlardan hesab edilir.

- Cənab kontr-admiral söhbətimizin bu əsnasında sizə daha bir sual ünvanlamaq istəyirəm. Bu tədbirin müxtəlif müəssisələrdə təşkil edilməsi NATO ilə hərbi əməkdaşlığa hansı töhfəni verir?

- NATO-nun perspektivi baxımından qiymətləndirsək onu vurğulamaq lazımdır ki, əməkdaşlıq sadəcə məlumat mübadiləsi ilə kifayətlənmir. Tərəfdaşların əldə etdiyi dəyərli təcrübələrin öyrənilməsi və paylaşılması da NATO üçün böyük əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində qarşılıqlı faydalanmanı, necə deyərlər hər iki tərəf üçün "qazanclı əməkdaşlığı" özündə ehtiva edir. Beləliklə də, inanıram ki, rəhbərlik etdiyim nümayəndə heyəti azərbaycanlı həmkarlarımızdan çox dəyərli biliklər və təcrübələr əldə edib. Buna görə də bu tədbirin eyni zamanda NATO üçün də böyük əhəmiyyət kəsb etdiyinə əminəm.

- Mövcud əməkdaşlığı daha da inkişaf etdirmək və yaxud yeni əməkdaşlıq imkanlarını araşdırmaq istədiyiniz sahələr varmı?

- Baxmayaraq ki, Azərbaycan fəal və eyni zamanda konstruktiv əməkdaşlıq nümayiş etdirir, fəaliyyət proqramı çərçivəsində ziyarətlərimiz əsnasında bir neçə inkişaf etdirilməsi mümkün olan sahələri də müşahidə etdik. Müşahidələrimiz ona əsas verir ki, bu inkişaf tempini qoruyub saxlamaq və eyni zamanda daha irəli getmək əhəmiyyətlidir. Biz də öz növbəmizdə qərargahlarımıza geri döndükdən sonra müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərimizi genişləndirmək niyyətindəyik. Xüsusilə təlim üzrə və qərargah vəzifələrində də irəliləyişə ehtiyac olduğunu vurğulamaq istərdim. Mən bununla sadəcə bu sahələri deyil, eyni zamanda mümkün olabiləcək digər sahələrdə də inkişaf perspektivlərini nəzərdən keçirəcəyimizi düşünürəm.

Son beş gün ərzində biz Azərbaycanda icra olunan illik "NATO Günləri"ndə iştirak etdik. Qeyd etmək istərdim ki, bu mənim Azərbaycana ilk səfərim idi. Əslində vurğulamaq istərdim ki, ali rütbəli bir türk zabiti olaraq Azərbaycana ziyarətim xoş bir təsadüf hesab edilə bilər. Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir. Sadəcə xatırlatmaq yerinə düşər ki, hamımızın da bildiyi kimi Azərbaycan NATO-nun müxtəlif əməliyyatlarına önəmli şəkildə töhfə verən ölkələrdəndir. Vaxtilə NATO-nun Kosovadakı sülhməramlı əməliyyatlarında və hazırda da NATO-nun Əfqanıstanda icra etdiyi "Qətiyyətli Dəstək" Missiyasına töhfə verən fəal tərəfdaş ölkələrdən biridir. Bununla belə, inanıram ki, qısa müddət ərzində Azərbaycan NATO-nun İraq Missiyasına da öz töhfəsini verən ölkələrdən olacaqdır. Eyni zamanda bildirmək istərdim ki, səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsini müşahidə etməyimiz Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyətli və güclü olduğundan xəbər verir.

- Çox sağ olun cənab kontr-admiral. Verdiyiniz dəyərli və ətraflı məlumatlara görə təşəkkürümüzü bildiririk.

- Mən də təşəkkür edirəm. Çox sağ olun.

7News.Az

azərbaycan zamanda üçün istərdim fəal azərbaycanda əməkdaşlıq çərçivəsində olaraq tərəfdaş böyük düşünürəm nümayəndə neçə vurğulamaq ölkələrdən zamanı müxtəlif hərbi hesab

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

  • 0
  • 0
  • 48
istehsal manat sənaye milyon yanaşı müəssisə burada komfy” ağdam manata döşəklər rezidenti ediləcək ümumi ildə parkının olunub rezident həcmi İlham
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

  • 0
  • 0
  • 44
tibbi xəstəxana həmçinin diaqnostika pediatriya oftalmologiya damar digər göstərəcək şöbələr ürək fəaliyyət travmatologiya yardım bölmə təcili terapiya kardiologiya qəbul burada
Xankəndi Stadionu açıldı - FOTOLAR

Xankəndi Stadionu açıldı - FOTOLAR

  • 0
  • 0
  • 44
idman xankəndi əsaslı futbolçular sonra azərbaycanda üçün Şəhər ildə istifadəyə stadionun göstərilən şəkildə bundan media yaşadək idmana stadionu qaçış stadionunun
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

  • 0
  • 0
  • 51
qarabağ tədqiqat inkişafına innovativ informasiya akademik sosial mərkəz baxımından verəcək həmçinin innovasiya töhfə dəstəklənməsi verən xidmət müasir mühitin infrastruktur bacarıqlarının
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

  • 0
  • 0
  • 50
peşə təhsili tədris Şuşa əsaslı dövlət təhsil otaqları otağı iştirak sahəsi geniş kitabxana İlham mərkəzinin mühüm həyata keçirilən mövcud təmiri
Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

  • 0
  • 0
  • 64
yanaşı milyon rayonunda manat istehsal Şərqi zəngəzur istehsalı iqtisadi müəssisə burada təmin azərbaycan birinci manatdır subsidiyası üzrə zəmanət mexanizmindən daimi

Xəbər lenti

  • Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

  • Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

  • Meqan Marklın uşaqların cinsi istismarı ilə bağlı saxlanılan atası sərbəst buraxıldı

  • Zəfər Gününə həsr olunan şahmat turnirində qaliblər müəyyənləşdi (FOTOLAR)

  • İran məsələsi Tramp komandasını iki yerə böldü: Heqset hücum, Vens diplomatiya istəyir

  • Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq

  • “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib

  • Zelenski gələn il Böyük Britaniyaya dövlət səfəri edəcək

  • İranda Ceyş əl-Ədl terror qruplaşmasının üzvü edam edilib

  • Ucarda yol qəzası olub, xəsarət alan var

  • Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

  • Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

  • Xankəndi Stadionu açıldı - FOTOLAR

  • ABŞ İranın nüvə proqramı barədə məlumat verənlərə 20 milyon dollar mükafat vəd edib

  • Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab

ƏN ÇOX OXUNANLAR

  • Zəfər Gününə həsr olunan şahmat turnirində qaliblər müəyyənləşdi (FOTOLAR)

  • Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...

  • "Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilib" - DEPUTAT

  • Rusiya: PUA hücumu nəticəsində, Zaporojye AES-in əməkdaşı da daxil olmaqla, 2 nəfər həlak olub

  • Müştəri 11 qəpiyə görə şikayət etdi, “Megastore” 4 min manat cərimələndi

  • Haqqımızda
  • Reklam
  • Azerforum
  • Vakansiyalar
  • Əlaqə
Copyright © All rights reserved.