Moldovanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə avqustun 27-də Kişinyovda hərbi parad keçiriləcək.
Bu barədə Moldovanın müdafiə naziri Anatolie Nosatıy bildirib.
Onun sözlərinə görə, Paradda 2 mindən çox hərbçi, hüquq-mühafizə əməkdaşı, veteran və xarici ölkələrin kontingentlərinin iştirakı gözlənilir.
Bundan əlavə, parad zamanı 100-dən çox hərbi və xüsusi texnika nümayiş etdiriləcək.
Eyni zamanda, Rumıniya, Ukrayna, Litva, İtaliya, Polşa, Fransa, Çexiya və ABŞ qruplarını Kişinyova göndərəcək.








