RU
 NAZİRLİK: Tütünlə mübarizədə qanunvericiliyin gücləndirilməsi zəruridir
13:20
394

NAZİRLİK: Tütünlə mübarizədə qanunvericiliyin gücləndirilməsi zəruridir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

7News.az xəbər verir ki, "Azərbaycanda tütünlə mübarizədə qanunvericiliyin gücləndirilməsi” layihəsinin məqsəd və vəzifələri, dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklər yükü, tütün epidemiyasının problemləri, prioritetləri və nailiyyətləri haqda məlumatlar çatdırılıb.

Layihə çərçivəsində İSİM tərəfindən geniş ictimaiyyət arasında həyata keçirilmiş və nəzərdə tutulmuş aksiyalar, İSİM-in "Tütünçəkmədən imtina kabineti və qaynar xətt” pilot layihəsinin hesabat xarakterli təqdimatı baş tutub.

Qeyd edək ki, tütünlə mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının 12-ci maddəsinin həyata keçirilməsinin rəhbər prinsiplərində əhalinin tütünə qarşı mübarizə məsələləri üzrə məlumatlandırılması sosial dəyişikliklərin təmin edilməsi üçün əhəmiyyətli vasitə olduğu vurğulanıb. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ