13 Oktyabr 2019-cu il tarixində Gəncə Gənclər Evində Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə "18 Oktyabr – Dövlət Müstəqillik Günü”-nə həsr olunmuş "Nə? Harda? Nə zaman?”intellektual oyunu üzrə şəhər turniri keçirilmişdir. Turnirdə 23 (otuz iki) komanda iştirak etmişdir. Hər komandanın tərkibi 6 (altı) nəfərdən ibarət olmaqla 130-dan artıq gənc bu turnirdə öz gücünü sınamışdır. Gənclərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi keçirilən bu tədbirdə qaliblərin sıralanması aşağıdakı kimidir :
1.Rekviem komandası
2.Eidon komandası
3.Feniks komandası
Qalib komandaların hər biri kubok və diplomlarla təltif olunmuşdur.








