lombard

Neftçalada həbs edilən və 1 milyon müqabilində buraxılan Akif Teyyubov kimdir? - FOTOLAR

Neftçalada həbs edilən və 1 milyon müqabilində buraxılan Akif Teyyubov kimdir? - FOTOLAR
DTX-nın axşam həbs etdiyi adam səhər 1 milyonluq villa müqabilində azad olundu.

7NEWS.az xəbər verir ki, bu barədə bloqqer Həbib Müntəzir öz profilində yazıb: "Yadınızdadır DTX Neftçalada icrabaşı əməliyyatı etdi. İcrabaşı ilə birlikdə ona rüşvət verən, alanlar filan həbs edildi. O həbs edilənlərdən biri, DTX-nın kadrlarında da görünən AKİF TEYYUBOV idi. Elə bir gün sonra da azadlığa buraxılıb. Kimdir bu Akif?

Yardımlı icrabaşı müavini Mahir Mirzəyevin qara işlərini görən adam, onun sağ əlidir, bu Akif Teyyubov. Mahirin Neftçalada balıqçılıq ferması var, onunla əlaqəli həbs edilən icrabaşı İsmayıl Vəliyevə rüşvət verirdi.

Akif Teyyubov rüşvətlə, xalqı talamaqla yığdığı sərvətin hesabına Mərdəkanda özünə 1 milyonluq villa tikdirib. Həmin malikanəni bir gecədə lazımı şəxslərə hədiyyə edərək, həbs olunmaqdan qurtulur.

Fotolarda Akifin özü, milyonluq villası, maşını və İsmayıl Vəliyevə rüşvət vermə səhnəsi nümayiş olunub."
 
 
 

Xəbər lenti