lombard

Neftin qiyməti qalxdı

Neftin qiyməti qalxdı
Birjaların məlumatlarına görə, neftin qiyməti artmaqda davam edir.

7News.Az xəbər verir ki, WTI markalı neftin aprel fyüçersləri 0.06% bahalaşaraq 31.52 dollar/barelə çatıb. Brent markalı neftin may fyüçersləri isə 0,18% bahalaşıb. İndi onun qiyməti bir barrel üçün 33,28 dollardır.

Xatıladaq ki, bir neçə gün əvvəl "Reuters” öz mənbələrə istinadən Səudiyyə Ərəbistanının OPEC + çərçivəsində razılaşmanın uğursuz olması nəticəsində Rusiyanın "Urals” neftini əsas bazarlardan kənarlaşdırmaq qərarına gəldiyini açıqlamışdı.
 
7News.Az

Xəbər lenti