RU
Netanyahunun ailəsi İranın hədəfində: Oğlu Mayamidən gizli təxliyə edildi
13:30
23

Netanyahunun ailəsi İranın hədəfində: Oğlu Mayamidən gizli təxliyə edildi

İsrail Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunun İrandan qaynaqlandığı iddia edilən sui-qəsd planına görə ABŞ-ın Mayami şəhərindən gizli şəkildə təxliyə edilərək İsrailə gətirildiyi bildirilib. 

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Newsmax telekanalının ABŞ hüquq-mühafizə orqanlarına yaxın mənbəyə istinadən yaydığı xəbərə görə, İsrail kəşfiyyatı Yair Netanyahunu hədəf alan sui-qəsd planından dekabr ayında xəbər tutub. İddialara görə, İran agentləri Yair Netanyahunun Mayamidə yaşadığı əraziyə yerləşdirilərək onun hərəkətlərini və yaşadığı ünvanı izləyiblər. 

Məlumata görə, İsrail tərəfi ABŞ hakimiyyət orqanlarını xəbərdar edib və Yair Netanyahudan Mayamini dərhal tərk etməsi tələb olunub. Bundan sonra o, şəxsi əşyalarını belə götürmədən təcili şəkildə İsrailə qayıdıb.

Qeyd edək ki, İsrail Baş naziri Binyamin Netanyahu avqustun 24-də "Kanal 14”ə açıqlamasında oğullarından birinin İran tərəfindən hədəfə alındığını və ona qarşı sui-qəsd cəhdi edildiyini bildirib. Lakin Netanyahu həmin vaxt hansı oğlunun hədəf olduğunu açıqlamayıb. 

Hazırda Yair Netanyahunun məhz sözügedən sui-qəsd planının hədəfi olması barədə məlumatlar xarici mediada yayılan iddialara əsaslanır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ