"Eurovision 2011" qalibi Nigar Camal yeni fotosessiya üçün obyektiv qarşısına keçib.
7News.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni layihəsi üçün "Su pərisi" obrazını yaradıb.
Bunun üçün Nigar yarıçılpaq geyimdə hovuza girib. O, fotosessiyadan ilk görüntünü İnstagram-ında paylaşıb. Nigar tənqidlərin qarşısını almaq üçün "Zəhmət olmasa aqressiyasız şərhlər... Bu, sadəcə fotosessiyadır" sözlərini yazıb.

7News.Az








