7News.az xəbər verir ki, Nigeriyanın ən tanınmış ənənəvi hökmdarlarından biri olan Daura əmiri Ömər Faruk Ömər, polşalı bir turisti cinsi yolla narahat etdiyi barədə iddialardan sonra bütün rəsmi vəzifələrindən kənarlaşdırılıb. Əmirin sarayına baş çəkən turist, əmirin onun sinəsinə toxunduğunu iddia edib. Hadisəni əks etdirən görüntülərdə qadının "Dayan, dayan" dediyi eşidilir. Ölkədə yaranan ciddi ictimai narazılıqdan sonra Katsina ştatının qubernatoru Dikko Umaru Radda iddiaları araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.








