Nigeriyada iki sürət qayığı toqquşub: 8 nəfər həlak olub
7News.az xəbər verir ki, Nigeriyanın Kross-River ştatında iki sürət qayığının toqquşması nəticəsində səkkiz nəfərin həyatını itirdiyi bildirilir. Çoxsaylı insanın itkin düşdüyü qeyd olunur. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.