Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev "Qazprom” dövlət şirkətinin direktorlar şurasının yeni heyətinə daxil ola bilər.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, "Qazprom”un Direktorlar Şurasının mayın 23-də keçirilən iclasında səsvermə üçün tətrtib olunan şuranın yeni tərkibinin namizədlər siyahısına Dmitri Patruşevin də adı daxil edilib.
Qeyd edək ki, Dmitri Patruşev Rusiya Təhlükəsizlik Şurasının indiki katibi, 1999-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin direktoru işləmiş Nikolay Patruşevin oğludur. D.Patruşev əvvəllər Rusiyanın VTB Bankının sədri işləyib. ABŞ bu banka sanksiya tətbiq edib./report
7NEWS.Az








