RU
17:30
537

"Niyə məni tutublar?" - 15 nəfərin ölümündə ittiham olunan baş direktor

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

"Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov binada həyatını itirənlərin yaxınlarına başsaqlığı verib: "Mənə verilən ittiham özümə aydın deyil. Təqsirli deyiləm. Mənim günahkar olduğumu sübut edəcək bir sənəd yoxdur. Mən vəzifəyə təyin olunanda o binada işlər artıq başa çatmışdı. Niyə məni tutublar? Mənim o binaya heç bir aidiyyətim yoxdur. Mən məhkəmənin barəmdə bəraət hökmü çıxaracağına əminəm".

Məhkəmə kollegiyası hökmü oxumaq üçün müşavirəyə çıxıb. Yanvarın 27-də proses davam etdiriləcək. Hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, Binəqədidə baş verən yanğın nəticəsində 15 nəfər həlak olub.//qafqazinfo

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ