Nurgül Yeşilçayın "söyüş söyməsi və içki içməsi" haqda açıqlama
Aktrisa Nurgül Yeşilçayın serialdan söyüş söyməsi və içki içməsinə görə ayrılması haqda iddialara cavab gəlib.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisanın meneceri Gülistan Tartar sosial media hesabından açıqlama yayaraq bütün bunların yalan və böhtan olduğunu vurğulayıb:
"Renkli sayfalar" proqramı Nurgül Yeşilçay ilə bağlı yalan və böhtan dolu bir xəbərə imza atıb. Serial sahəsi həqiqətləri yaxşı bilir. Nurgül serialdan ədəb-ərkanıyla ayrılıb. O, dözülməz bir şəraitdə işləməməyi seçdi. Ayrılığından 2 ay sonra məqsədi bəlli olan bu böhtan, yalan xəbərləri yayanları, bundan özlərinə xeyir güdənləri qınayırıq. 8 mart Dünya Qadınlar Günündə hətta bir ana və Türkiyənin öndə gedən aktrisalarından olan Nurgül Yeşilçayın da təcavüzə məruz qalması bir nümunədir".








