RU
Nüvə mühərrikli kosmik gəminin Marsa uçuşu üçün ilkin büdcə açıqlandı
11:30
37

Nüvə mühərrikli kosmik gəminin Marsa uçuşu üçün ilkin büdcə açıqlandı

NASA tərəfindən nüvə mühərriki ilə təchiz edilmiş kosmik gəminin ərsəyə gətirilməsi və onun Marsa uçuş missiyasının təşkili xərcləri 2 milyard dolları ötəcək.

Bu barədə "Politico" nəşri məlumat yayıb.

"Xərclərin ilkin qiymətləndirilməsi təqribən 2.1 milyard dollar təşkil edir. NASA satınalma prosesləri gedişatında bu rəqəmi dəqiqləşdirməyə davam edəcək", - deyə məlumatda qeyd olunur.

"Space Reactor-1 Freedom" adlandırılan layihənin icra müddəti 2026-2029-cu illər üçün nəzərdə tutulub.

Maliyyə vəsaitlərinin bir hissəsi NASA-nın tədqiqat layihələri fondundan cəlb olunacaq. Bununla yanaşı, sözügedən xərc planına Marsa kosmik gəmi vasitəsilə çatdırılması planlaşdırılan "SkyFall" elmi missiyasının maliyyələşdirilməsi daxil edilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ