RU
Nyu-Yorkda qardaşlıq məzarlarında dəfn edilənlərin sayı beş dəfə artdı
14:15
503

Nyu-Yorkda qardaşlıq məzarlarında dəfn edilənlərin sayı beş dəfə artdı

Koronavirus epidemiyası başlayandan bəri Nyu-Yorkda, insansız Hart adasında qardaşlıq məzarlığında basdırılanların sayı beş dəfə artıb.

Bu barədə "The Washington Post” xəbər yayıb.

Adada aztəminatlı, yaxud da qohumları tapılmayan nyu-yorklular dəfn olunur.

Bununla bağlı dərc olunan kadrlarda adada qardaşlıq məzarının qazılması və müdafiə geyimində olan şəxslərin tabutları üç-üç düzdüyü görünür.

Nəşr onu da vurğulayıb ki, ABŞ-da koronavirus epidemiyasının mərkəzlərindən birinə çevrilən  Nyu-Yorkda meyitxanalarda yer çatışmazlığı yaşanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ