RU
Mina partlayışları nəticəsində bu il 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb
19:05
35

Mina partlayışları nəticəsində bu il 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb

2026-cı ilin ilk yarısında Ermənistanın mina təhlükəsi nəticəsində Azərbaycanda 2 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Azərbaycan Respublikası Prokurorluğunda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, 2020-ci ilin noyabr ayından indiyədək mina və partlamamış hərbi sursatların partlaması nəticəsində ümumilikdə 430 nəfər zərərçəkən olub. Onlardan 73 nəfər həlak olub, 357 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq mina təhlükəsinin aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ