Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalan "Caroline Bezengi” tankerindən Oman sahillərində neft sızması baş verib.
Bu barədə "Arab News" peyk görüntülərinə istinadən məlumat yayıb.
Məlumata görə, 247 metr uzunluğunda tanker Oman sahillərinin cənub-qərbində, Ərəb dənizində qəzaya uğrayaraq dayazlığa oturub.
Neft sızması Ərəb dənizində yerləşən qorunan təbiət ərazisinə də təsir edib.
"Caroline Bezengi” tankeri may ayında Qara dənizdəki limanlardan birindən yola çıxıb.
İyunun 8-də gəmidən göyərtəsində partlayış baş verməsi barədə məlumat göndərilib.








