RU
lombard
Omba əməliyyatdan çıxan model bu hala düşdü - 4 aydır otura bilmir - FOTO
17:30
873

Omba əməliyyatdan çıxan model bu hala düşdü - 4 aydır otura bilmir - FOTO

Qadının "gözəl" görünmək istəyi kabusuna çevrilib.

7News.Az The Sun-a istinadla bildirir ki, 25 yaşlı İnstaqram fenomeni həkim səriştəsizliyinin qurbanı olub.

Hindistanda, Yeni Dehlidə yaşayan 25 yaşlı Shilpa Sethi omba böyütmə əməliyyatı üçün 10 min dollara yaxın pul xərcləsə də, istəyi baş tutmayıb.

Belə ki, modelin bədəni eybəcər hala düşüb, bədənində ləkələr əmələ gəlib və o, 4 aydır ki, otura bilmədiyini iddia edir.

"Əvvəllər bədən quruluşumdan narazı idim. Anam dəfələrlə xəbərdarlıq etsə də, ona qulaq asmayıb bıçaq altına yatdım. Təcrübəli həkim seçdiyimi düşünürdüm, amma sonradan öyrəndim ki, onun barədə sosial şəbəkələrdə rəy yazan şəxslər saxta hesablardır. Əməliyyatdan sonra tənginəfəs olmuşam, ayaqlarımda şiddətli ağrılar yaranıb", - o bildirib.

 

Model əməliyyatla gözəlləşmək həvəsində olan şəxslərə çağırış edərək daha ehtiyatlı olmağı bu barədə qərar verməzdən əvvəl dəfələrlə düşünməyə səsləyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ