RU
Orlando Blumla Keti Perri nişanlandı - FOTO
12:00
558

Orlando Blumla Keti Perri nişanlandı - FOTO

34 yaşlı dünyaşöhrətli müğənni Keti Perri ilə 42 yaşlı Britaniyalı məşhur aktyor Orlando Blum nişanlanıb. 

 Sevgililər günündən sonra məşhur cütlük eyni anda nişan üzüyü ilə çəkilmiş fotolarını "İnstagram" hesablarında yayımlayıblar.

Qeyd edək ki, Blumla Perri 2016-cı ildə tanış olublar. 3 il müddətində bir neçə dəfə küsüb-barışıb, daha sonra ayrılan ulduzlar münasibətlərinə yenidən şans vermək qərarına gəliblər.

Perri daha əvvəl 2010-2012-ci illərdə aktyor Rassel Brendlə, Blum isə "Victoria’s Secret”in mələyi Miranda Kerr ilə evil olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ