RU
Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib: 15 nəfər ölüb, 50 yaralı var - FOTO
14:00
53

Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib: 15 nəfər ölüb, 50 yaralı var - FOTO

Pakistanda məscidin yaxınlığında partlayış baş verib.

"Geo News”un xəbərinə görə, hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.

Partlayışın cümə namazı vaxtı baş verdiyi bildirilir. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə xəsarət alıb. Yaralıların içərisində polis əməkdaşları da var.

Partlayış nəticəsində məscidin binasına ciddi ziyan dəyib.

Məlumata görə, partlayıcı yüklü avtomobil məscidin yaxınlığında yerləşən obyektlərdən birinə çırpılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ