RU
Pandemiya ilə bağlı ŞOK PROQNOZ: COVID-26 və COVID-32...
14:40
428

Pandemiya ilə bağlı ŞOK PROQNOZ: COVID-26 və COVID-32...

ABŞ-ın yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən olan Peter Hotez COVID-19-un mənşəyini öyrənməyin lazım olduğunu, əks halda bəşəriyyətin gələcəkdə COVID-26 və COVID-32 ilə qarşılaşa biləcəyini söyləyib.

7News.Az Publika.az-a istinadən xəbər verir ki, alim üçüncü böyük koronavirus pandemiyası ilə bağlı gözlənilməz proqnozlar verib.

"Bu, 21-ci əsrdə (SARS və MERS-dən sonra) üçüncü böyük koronavirus epidemiyası və ya pandemiya ola bilər. Ana təbiət bizə nə olacağını söyləyir: COVID-19-un mənşəyini tam anlamadığımız təqdirdə COVID-26 və COVID-32 olacaq", - alim qeyd edib.

P.Hotez virusun daha dərindən öyrənilməsi üçün virusoloqlar, epidemioloqlar və digər mütəxəssislərin epidemiyanın başladığı Çinin Uhan şəhərinə göndərilməsinin lazım olduğunu əlavə edib:

"Düşünürəm ki, Çinə güclü sanksiyalar daxil olmaqla, təzyiq göstərməliyik ki, oradakı tanınmış epidemioloqlar və virusoloqlar qrupu nümunələrə, laboratoriyalara maneəsiz daxil olmağa icazə versinlər".


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ