RU
Parisin bir çox məhəllələri elektrik kəsilməsi səbəbindən qaranlığa qərq olub
15:51
203

Parisin bir çox məhəllələri elektrik kəsilməsi səbəbindən qaranlığa qərq olub


7NEWS.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə elektrik enerjisinin kəsilməsi səbəbindən bir çox məhəllə qaranlığa qərq olub.

Paris Mərkəzinin meri Ariel Veyl saat 22:42-də "Twitter” hesabında Parisin 4-cü və 5-ci rayonlarında elektrik enerjisinin kəsildiyini bildirib.

Paris yanğınsöndürənləri sözügedən 4 bölgədə elektrik kəsilməsi səbəbindən vətəndaşların onlarla əlaqə saxladığını təsdiqləyərək, hadisənin Enedis tərəfindəki transformatorun nasazlığı ilə əlaqəli olduğunu bildiriblər. Paris yanğınsöndürənləri vəziyyətin yaxşılaşdığını bildiriblər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ