RU
Parlamentdə YAP-ın ərazi təşkilatı yaradıldı
15:18
129

Parlamentdə YAP-ın ərazi təşkilatı yaradıldı

Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə Milli Məclisdə 2 saylı İlk Ərazi Təşkilatı yaradılıb.

Bu barədə parlamentin mətbuat xidmətindən 7News.Az-a daxil olan məlumatda bildirilib.

Yanvarın 11-də Milli Məclisdə İlk Ərazi Təşkilatının İdarə Heyətinin videoformatda geniş iclası keçirilib.

 

İclasda Adil Vəliyev Milli Məclisdə 2 saylı İlk Ərazi Təşkilatı İdarə Heyətinin sədri seçilib.

Həmçinin iclasda sədr müavinləri və İdarə Heyətinin yeni tərkibi də müəyyənləşib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ