RU
Paşinyan: Ermənistanı KTMT-dən çıxarsaydılar, məmnun olardım
14:40
26

Paşinyan: Ermənistanı KTMT-dən çıxarsaydılar, məmnun olardım

Baş nazir Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılmasına tərəfdardır.

Ermənistan mediası xəbər verir ki, parlamentdə çıxış edən Paşinyanın sözlərinə görə, bu baş verərsə, məmnun olacaq.

Baş nazir qeyd edib ki, Ermənistan yaxın beş ildə KTMT-dəki işini gücləndirmək niyyətində deyil.

"Mən bilirəm ki, KTMT-də müzakirələr gedir, yeri gəlmişkən, nizamnamə ölkəni təşkilatdan çıxarmağı nəzərdə tutur. Əgər təşkilat Ermənistan Respublikasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kənarlaşdırmaq qərarına gəlsə, bizi çıxmaq və ya çıxmamaq dilemmasından azad etsə, mən çox məmnun olaram", - Paşinyan əlavə edib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ