RU
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
12:30
19

Paşinyan mükafat almaq üçün Almaniyaya gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya səfər edəcək. 

7News.Az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Hessen torpağının parlamenti məlumat yayıb. 

Bildirilib ki, bu mükafat Paşinyana Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi istiqamətindəki səylərinə görə təqdim ediləcək. 

Mükafatlandırma mərasimi sentyabrın 18-də Hessenin parlamentində keçiriləcək.

Səfər zamanı Paşinyanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müşayiət edəcək.

Qeyd edək ki, mükafat fondu 25000 avro olan bu təltif 1994-cü ildən etibarən Albert Osvald Fondu tərəfindən verilir. Fond Hessenin keçmiş Baş naziri Albert Osvald və onun ailəsi tərəfindən təsis edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ