Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunda marşrut avtobusuna pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 5 nəfər ölüb, azı 7 nəfər yaralanıb.
Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja "Telegram” kanalında məlumat yayıb.
"Rusiya hərbçiləri avtobusu pilotsuz uçuş aparatı ilə vurublar. Beş nəfər hadisə yerində ölüb”, – Qanja bildirib.
Onun sözlərinə görə, yaralanan 7 nəfər həkimlərin nəzarəti altındadır və onlara zəruri tibbi yardım göstərilir.








