RU
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
10:20
22

Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb.

Qəza nəticəsində 3 nəfər – 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./apa
 
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ