Ermənistan Baş naziri Nikol Paşinyan ədliyyə nazirinin müavini postuna Qriqor Minasyanın təyin olunması barədə qərar imzalayıb.
APA xəbər verir ki, müvafiq qərar Ermənistan Ədliyyə Nazirliyinin saytına yerləşdirilib.
Qriqori Minasyan 2009-2010-cu illərdə Ermənistan Ədliyyə Nazirliyinin aparatında idarə rəisi və Nazirlik yanında ədliyyə kollecində müəllim kimi çalışıb.
2011-ci ildən o, Ermənistanın Avropa Publik Hüquq Təşkilatında (EPLO) rəsmi nümayəndəsi olub.
Xatırladaq ki, Qriqor Minasyan eks-prezident Serj Sarksiyanın kürəkəni, hazırda İtaliyada mühacirətdə yaşayan Mikael Minasyanın doğma qardaşıdır.
7NEWS.Az








