RU
Paşinyan: Xalq sülhə sahib çıxdı
14:10
24

Paşinyan: Xalq sülhə sahib çıxdı

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində xalqın səsvermə yolu ilə dövlətə, müstəqilliyə, gələcəyə və sülhə sahib çıxdığını bildirib.



7News.Az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan 2025-ci il büdcəsi ilə bağlı parlamentdə keçirilən iclas zamanı seçki nəticələrini dəyərləndirib.

Seçkilərin nəticələri münasibətilə Ermənistan xalqını təbrik edən baş nazir bildirib ki, vətəndaşlar səsvermə ilə ölkənin gələcəyinə dair mövqelərini açıq şəkildə nümayiş etdiriblər.



"Ermənistan xalqı səsi ilə dövlətə, müstəqilliyə, gələcəyə və sülhə sahib çıxdı. Müharibənin üçlü partiyası ağır məğlubiyyətə uğrayıb”, – deyə Paşinyan vurğulayıb.



O həmçinin "müharibə tərəfdarları” adlandırdığı siyasi qüvvələr və onlarla əlaqəli oliqarxik sistemin ölkədən uzaqlaşdırılması istiqamətində qəti addımlar atılacağını bildirib.



Paşinyan rəhbərlik etdiyi Sivil Müqavilə Partiyasının parlamentdə çoxluğu təmin etdiyini və hökuməti formalaşdıracağını qeyd edib.



Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərində Sivil Müqavilə Partiyasının 105 mandatdan 61-ni qazanaraq təkbaşına çoxluq əldə etdiyi açıqlanıb.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ