
"Hazırkı iqtdar dövlətin keçmiş hakimiyyətin cəmiyyəti və ordunu soyması sayəsində zəif qaldığını deyir. Lakn görünür, qarət indi də davam edir. Buyurun qiymətlərə baxın...”,-deyə o bildirib.
Qeyd etmək lazımdır ki, İrəvanda Paşinyan hakimiyyətinə qarşı aksiya təşkil edənlər arasında erməni cəmiyyətində tanınmış isimlərə də rast gəlinib. Mitinqdə polislərin rejissor Ovanes İşxanyanı zorla tutub apardığı görünüb.
Aksiya iştirakçılarından biri isə hətta paltosunu çıxarıb, yandıraraq onu hökumət binasına tərəf tullayıb. Bundan sonra onu polislər sürəyərək maşına mindiriblər.

Rusiya, Fransa və ABŞ-ın Paşinyanın əlini gücləndirməkdəki MƏQSƏDİ BUDUR | KONKRET
Erməniləri qəzəbləndirən Paşinyan hökumətinin kömək üçün KTMT-yə müraciət etdiyini söyləməsi, lakin daha sonra belə bir müraciətin olmadığının ortaya çıxması olub.
Nikol Paşinyanın keçmiş tərəfdarı, keçmiş deputat Sofiya Ovsepyan bununla bağlı situasiyanı "Sahibi olmayan dövlət” olaraq təsvir edib.
"Bilirsiniz niyə müraciət etməyiblər? Ona görə ki, problemlərə hazırlaşmaq əvəzinə bütün günü çənə döyməklə məğuldurlar”,- deyə o, bildirib.
"Yazılı müraciət ciddi ekspertlərin iştirakı ilə hazırlanır. Məgər onlar mütəxəssislər qoyublar qalsın? Ya onların çoxunu qovublar, ya da yüngül düşüncəli kütləni yanlarında saxlayıblar”,-deyə o qeyd edib.
Qeyd etmək lazımdır ki, Ermənistan parlamentinin bu günkü iclasında müxalifətdə olan "Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan baş nazirdən hərbi əsirlərin vəziyyəti barədə soruşub. Nikol Paşinyan isə cavabında 13 əsgərin hansı şəraitdə əsir düşməsinin hərtərəfli araşdırılacağını bildirib. O, bunun üçün hətta əsirlərin geri qayıtdıqdan sonra sorğu - suala çəkiləcəyini də söyləyib.

Ağvan Vardanyan
Ermənistanın müxalifətdə olan "Hayastan” fraksiyasının deputatı Ağvan Vardanyan isə Nikol Paşinyanın erməni əsirlərini qaytarılması ilə bağlı üzərindəki məsuliyyəti atmağa çalışdığını iddia edib.
Onun sözlərinə görə baş nazirin problemləri həll etməyə sadəcə qabiliyyəti çatmır.
"Onun hər bir sözü, bəyanatı yalan, demaqogiya və gerçəkliyin 180 dərəcədə təhrifiindən ibarətdir. Paşinyan deyir ki, atəş açmaq əmri verməyən xaindir. O, zaman bu ilin may ayının 12-də Azərbaycan ordusu irəliləyəndə atəş açmaq əmrini verməyənlər də xaindir? Bu son 6-8 ay ərzində neçə adam satqın elan olunub və məsuliyyətə cəlb edilib. Paşinyanın dövlətçilik və milli maraqlara heç bir aidiyyatı yoxdur”, deyə, Ağvan Vardanyan parlamentdə bildirib.

Geqam Manukyan
"Nikol Paşinyan bilir ki, yeni əsirlər hakimiyyəti üçün başağırısına çevriləcək, buna görə də indidən onları hədələməyə başlayıb”,-deyə müxalif deputat Geqam Manukyan baş naziirn açıqlamalarını bu cür dəyərləndirib.








