RU
Paşinyanı ölümlə hədələyən terrorçu saxlanıldı
14:30
163

Paşinyanı ölümlə hədələyən terrorçu saxlanıldı

Ermənistanın baş naziri Nikol Paşinyanı ölümlə hədələyən Qarabağdakı separatçıların nümayəndəsi Vaan Badasyan Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb.

7News.Az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan bildirib.

Xatırladaq ki, V.Badasyan mətbuata açıqlamasında Paşinyanı hədələyərək deyib:

"Nikol Paşinyanı təkcə məğlubiyyətin simvoli kimi yox, həm də düşmən kimi aradan götürmək lazımdır”.

Vaah Badasyan Qarabağ terrorçularının qurduğu qondarma "parlamentin keçmiş deputatı” olub.

Modern.az-ın yazdığına görə, o, MTX-yə aparılarkən bir daha hədələrini təkrarlayıb: "Bəli, mən hədəli çağırışlar edirəm. Qoy MTX məni tutsun. Onu aradan götürmək lazımdır” .

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ