RU
Payız semestrinin imtahan sessiyasına başlanılır
15:30
157

Payız semestrinin imtahan sessiyasına başlanılır

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib. 

O qeyd edib ki, bununla bağlı təhsil naziri müvafiq əmr imzalayıb.

 

Bu əmrə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.

- İmtahan sessiyası distant formada olmaqla dörd həftə müddətində keçiriləcək;

- İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək;

- Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ