RU
Paytaxt yollardakı son vəziyyət – XƏBƏRDARLIQ
11:42
446

Paytaxt yollardakı son vəziyyət – XƏBƏRDARLIQ

Axşam saatlarından etibarən paytaxta yağan qar nəqliyyatın hərəkətini iflic edib, bir sıra prospekt və küçələr bağlabıb.

7news.Az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə, o cümlədən "Tibilisi” (20 yanvar dairəsi istiqamətində), "Ziya Bünyadov” (hər iki istiqamətdə), "Mətbuat” (hər iki istiqamətdə), "Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir.

Bundan başqa Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir.

Yol polisi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ