Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan yük avtomobilində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində qoşqusunda 31 ton dizel yanacağı olan "Mercedes" markalı yük avtomobilinin kabinəsində başlayan alovun yanacaq çəninə keçməsinin və daha ağır nəticələrə səbəb olmasının qarşısı alınıb. Yanğın qısa müddətdə tam söndürülüb.
Hadisə nəticəsində avtomobilin kabinə hissəsi yanaraq yararsız hala düşüb.
FHN-in məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb. Avtomobilin qoşqusunda yerləşən dizel yanacağı ilə dolu çən isə yanğından mühafizə olunub.








