"Tehran nüvə bombası əldə etmək istəmir. İranın nüvə proqramını beynəlxalq təftişə təqdim etməyə hazırıq".
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian "Fox News" telekanalına müsahibəsində deyib.
O, Yaxın Şərqdə təxminən yeddi aydır davam edən müharibəyə görə Vaşinqtonu təqsirləndirib və onu diplomatiyaya mane olmaqda ittiham edib.
Pezeşkian, həmçinin hərbi əməliyyatları dayandırmaq və iyun ayında Prezident Donald Trampla imzaladığı, lakin sonradan pozulmuş anlaşma memorandumuna diqqət çəkib.
"Bizim heç bir problemimiz yoxdur. Biz sizin prezidentinizlə razılığa gəlmişdik. O saziş imzalanmışdı və biz buna əsaslanaraq danışıqlarda irəliləyiş əldə etməyə hazırıq və hələ də bunu istəyirik. Çərçivə sazişi razılaşdırılmışdı. Biz Hörmüz boğazını bağlamamışdıq; o, hər hansı hüquqi əsas və ya çərçivə olmadan açıq idi. Problem ondadır ki, Amerika dialoq aparmaq əvəzinə, əvvəlcə bizi bombalayaraq, bütün yolları bağlayaraq meydana atılır. Bildiyimiz tək şey odur ki, hücuma Məruz qalsaq, özümüzü müdafiə etməliyik", - deyə o bildirib.
Pezeşkian sonda qeyd edib ki, Tehran İranın ali liderinin, alimlərinin və hərbi komandirlərinin qətlindən sonra belə Vaşinqtonla danışıqlar yolu ilə razılaşmaya nail olmaq istəyini saxlayır.








