Ötən gecə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Xazar Qorğanı–2026” təlimləri zamanı faciəvi hadisə baş verib.
Hadisə Aktaudan təxminən 43 kilometr aralıda baş verib. İlkin məlumata görə, hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində bir sıra hərbiçi dənizə düşüb.
Son yenilənmiş məlumatlara görə, 12 hərbçi həlak olub, 3 nəfər xilas edilib, 2 hərbçinin axtarışı isə davam etdirilir.
Hazırda Xəzər dənizində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. Əməliyyata 252 nəfər şəxsi heyət, 34 ədəd xüsusi texnika, 37 hərbi dalğıc, 14 gəmi və kater, həmçinin 4 helikopter də daxil olmaqla 20-dən çox hava gəmisi cəlb olunub.
Dəniz akvatoriyası, sahilyanı ərazilər və onlara bitişik ərazilər fasiləsiz olaraq patrul edilir və havadan müşahidə olunur.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Xüsusi komissiya faciənin səbəb və hallarını araşdırır.












