RU
Pirallahıda avtobus piyadanı vurub öldürdü
11:30
40

Pirallahıda avtobus piyadanı vurub öldürdü

Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 1965-ci il təvəllüdlü İlqar Bağır oğlu Şabanovun idarə etdiyi "Isuzu" markalı avtobus Pirallahı qəsəbəsində, "Abşeronneft" NQÇİ-nin ərazisində geriyə hərəkət edərkən piyadanı vurub.

Nəticədə 1969-cu il təvəllüdlü Pirallahı rayon sakini Teyyub Ənvər oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ