RU
Polis əməliyyat keçirdi: 30 yaşlı şəxsdən külli miqdarda narkotik tapıldı
14:10
37

Polis əməliyyat keçirdi: 30 yaşlı şəxsdən külli miqdarda narkotik tapıldı

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Murad Səmədov tutulub.

Saxlanılan şəxsdən təxminən 3 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Murad Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ