7News.az xəbər verir ki, ABŞ-ın Nebraska ştatında qadın 3 yaşlı uşağı mağazadan bıçaq zərbəsi ilə qaçıraraq dayanacağa aparıb. Polisin xəbərdarlığına baxmayaraq, qadın bıçağı yerə atmaq istəməyib və uşağın üzündən və əlindən xəsarət yetirib. Daha sonra polis atəş açaraq hücumçunu zərərsizləşdirib. Qadın hadisə yerində ölüb, yaralı uşaq xəstəxanaya çatdırılıb və vəziyyətinin ağır olduğu bildirilir.








